"Borussiya" yeni formasını  satır: pulu Türkiyəyə göndəriləcək - FOTO
18 fevral 2023 15:38 (UTC +04:00)

"Borussiya" yeni formasını satır: pulu Türkiyəyə göndəriləcək - FOTO

Dortmund “Borussiya”sı yeni formasını təqdim edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, formanın tamamilə qara rəngi polad istehsalı şəhəri olan Dortmund ənənələrinə uyğun dizayn edilib.

“Artıq kömür və polad yoxdur. Amma bu şəhər o dövrün insanlarını heç vaxt unutmayacaq. Onların “Borussiya”ya həvəsini oyatmış alov dönə-dönə yanır və şəhəri, azarkeşləri, klubu birləşdirir”, - deyə klubun mətbuat xidməti rəsmi saytında yazıb.

Onu da qeyd etmək lazımdır ki, alman klubu Türkiyə və Suriyada baş vermiş dəhşətli zəlzələdən zərər çəkənlərə yardım edəcək. Dortmund “Borussiya”sının bazar günü “Herta” ilə matç üçün formaları xeyriyyə hərracında satılacaq və fəlakət zonalarına göndəriləcək.

“Borussiya Dortmund” – “Herta” matçı fevralın 19-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1770
avatar

Oxşar yazılar