Boksçular rinqdə, tamaşaçılar zalda döyüşdülər -  VİDEO
03 may 2021 01:10 (UTC +04:00)

Boksçular rinqdə, tamaşaçılar zalda döyüşdülər - VİDEO

Bazar gecəsi Kaliforniyanın Karson şəhərində bir boks şousu təşkil edilib. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, əsas döyüşdə Endi Ruis Kris Arreolanı xal hesabı məğlub edib. Yerli səlahiyyətlilər, koronavirus pandemiyasının geri çəkildiyi səbəbindən azarkeşlərin tribunalara gəlməsinə icazə veriblər. Təbii ki, məhdud sayda. Arenaya 3940 boks azarkeşi buraxılıb.

Ancaq belə şəraitdə də iki azarkeş qrupu paylaşa bilmədiklərini tapıblar və kütləvi dava başlayıb. Sosial məsafəni qorumaq mümkün olmayıb. Eyni zamanda Meksika mənşəli amerikalı peşəkar boksçular mübarizələrini rinqdə davam etdiriblər.

Davanın səbəbi hələ ki açıqlanmır. 

Rinqdəki döyüş isə Ruisin qələbəsi ilə başa çatıb. İndi yenidən çempionluq kəmərlərindən birinə iddia edir.

Boksçular rinqdə, tamaşaçılar zalda döyüşdülər

# 1767
avatar

Oxşar yazılar