Boks çempionu transgenderlə  rinqə çıxmaq istəyir
02 avqust 2024 15:16 (UTC +04:00)

Boks çempionu transgenderlə rinqə çıxmaq istəyir

İtaliyalı boks çempionu Canmarko Kardillo son 15 gündə özünü qadın kimi hiss etdiyini açıqlayıb, həmçinin Əlcəzair təmsilçisi İman Xeliflə döyüşmək istədiyini bildirib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Kardillo belə bir bəyanatla Parisdə keçirilən boks üzrə Olimpiya turnirinin 1/8 finalında, Xelifin italiyalı Anjela Karini üzərində rezonans doğuran qələbəsi fonunda çıxış edib. Canmarkonun istəyi ilə döyüş 47 saniyədə başa çatıb. Daha sonra o, şiddətli ağrılar səbəbindən mübarizəni davam etdirə bilməyəcəyini söyləyib.

İman Xelif 2023-cü il boks üzrə dünya çempionatının finalından əvvəl keçirdiyi gender testindən keçə bilməyib. Onun nəticəsi XY xromosomunun olduğunu göstərib. Lakin buna baxmayaraq, Əlcəzair təmsilçisinə 2024-cü il Olimpiya Oyunlarında iştiraka icazə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 747
avatar

Oxşar yazılar