Blatter və Platini yenidən məhkəmə qarşısında:  Onları həbs cəzası  gözləyir
18 sentyabr 2024 16:44 (UTC +04:00)

Blatter və Platini yenidən məhkəmə qarşısında: Onları həbs cəzası gözləyir

Zepp Blatter və Mişel Platininin məhkəməsi tam sürətlə davam edir. FİFA və UEFA-nın keçmiş prezidentləri azadlıqda qalmalarına əmin ola bilməzlər.

Lent.az xəbər verir ki, 2022-ci ildə İsveçrə məhkəməsi Zepp Blatter və Mişel Platinini maliyyə cinayətləri ilə bağlı ittihamlardan azad edib. İttihamlara korrupsiya, fırıldaqçılıq və saxtakarlıq daxildir.

Blatter və Platini ittihamları rədd ediblər, lakin qalmaqal nəticəsində Blatter FİFA-dakı hakimiyyətinə son qoyub. Onu Canni İnfantino əvəzləyib. Deyəsən, bu sondur.

Lakin İsveçrə prokurorluğu bəraət hökmündən apellyasiya şikayəti verib. 20 ay həbs və FİFA-ya milyonlarla dollar təzminat istənilib.


Bürokratik xaosla mübarizə iki ildən çox çəkib. Platini İsveçrə məhkəməsinin istənilən hərəkətini faktiki olaraq rədd edən yaxşı vəkillərlə müqvilə bağlayıb. 

Nəhayət, apellyasiya məhkəməsinin tarixi məlum olub. İsveçrəli və fransız 2025-ci ilin martında məhkəmə qarşısına çıxacaq. Bunu Platininin nümayəndəsi Dominik Nellen də təsdiqləyib.

Məhkəmə martın 3-dən 13-dək davam edəcək və hökm martın 25-də elan olunacaq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1380
avatar

Oxşar yazılar