PSJ-nin baş məşqçisi Luis Enrike Fransa klubunun rəhbərlərinə artıq güvənmədiyi futbolçuların adlarını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ispaniyalı mütəxəssis “Bavariya”nın maraqlandığı 26 yaşlı sağ cinah müdafiəçisi Nordi Mukielenin xidmətindən imtina etməyə hazırdır. Enrike eləcə də tezliklə "Ayntraxt"ın futbolçusu ola biləcək 21 yaşlı hücumçu Uqo Ekitikeyə güvənmir. PSJ-nin çalışdırıcısının ayrılmağa hazır olduğu digər oyunçu isə parislilərin ötən yay 60 milyon avroya aldığı 22 yaşlı hücumçu Qonsalo Ramuşdur.
Xatırladaq ki, bu mövsüm Mukiele bütün turnirlərdə on oyunda iştirak edib və bir məhsuldar ötürmə edib. Ekitike Liqa 1-də qol vurmadığı bir oyunda iştirak edib. Ramuş bütün yarışlarda 20 oyunda iştirak edib (beş qol və bir məhsuldar ötürməsi var).