Bir ay  oynamaycaq
20 fevral 2023 19:36 (UTC +04:00)

Bir ay oynamaycaq

Fransa çempionu PSJ-nin 31 yaşlı braziliyalı hücumçusu Neymar təxminən bir ay meydana çıxa bilməyəcək. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 
braziliyalıya ayaq biləyinin bağının qismən qopması diaqnozu qoyulub.

Neymar Fransa çempionatının 24-cü turunun oyununda zədələnib. PSJ "Lill"i 4:3 hesabı ilə məğlub edib.

Neymar 51-ci dəqiqədə zədə səbəbindən əvəzlənib. Onu xərək ilə meydandan çıxarıblar.

Martın 8-də PSJ Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci oyununda “Bavariya” ilə qarşılaşacaq. Parisdə keçirilən ilk oyunda PSJ 0:1 hesabı ilə məğlub olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1716
avatar

Oxşar yazılar