Moskvanın "Spartak" klubunun keçmiş futbolçusu Kuinsi Promes İslamı qəbul edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Moskva klubu futbolçunun Birləşmiş Ərəb Əmirliyindən ayrıla bilmədiyi üçün müqaviləni yeniləməyib. Promes də bundan sonra İslamı qəbul etməsi barədə qərar verib.
Futbolçunun yaxın ətrafı deyib ki, Kuinsi əvvəlki həyat tərzi ucbatından hər şey pis gedib və o, həyatını dəyişdirmək istəyib.
Promes məscidə gəlib əqidə (şəhadət) oxuyub. Bunu digər müsəlmanlar onu tanısın deyə şahidlər qarşısında deyib.
Promesin "Spartak"la müqaviləsi 2024-cü il iyunun 30-da başa çatıb. Klub onunla əmək müqaviləsini yeniləməyib. Sentyabrın 5-də Promes rəsmi olaraq BƏƏ İkinci Liqasında çıxış edən "Dubay Yunayted"in oyunçusu olub.
14 fevral 2024-cü ildə Amsterdam məhkəməsi Promesi kokain qaçaqmalçılığına görə altı il həbs cəzasına məhkum edib. İş üzrə məhkəmə iclası yanvarın 24-də baş tutub, prokurorluq Promesin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Fevralın 16-da hollandiyalı beynəlxalq axtarışa verilib. Onun da ailə məclisi zamanı əmisi oğlunu bıçaqladığına görə (1,5 il) cəzası var.