"Beşiktaş" braziliyalı futbolçu ilə yollarını ayırıb.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, Jozef de Souza klub yoldaşları və texniki heyətlə vidalaşıb. O, bundan sonrakı fəaliyyətini bir müddət Çinin "Beyjinq Quoan" klubunda davam etdirəcək.
"Beşiktaş" isə Souzanın əvəzinə "Qaziantepspor"un oyunçusu Maksimi kirayə olaraq, heyətinə qatıb.