Moskvanın “Lokomotiv” klubu Türkiyənin “Beşiktaş” klubuna yarımmüdafiəçi Dmitri Barinovu 5 milyon avroya satmağa hazır olduğunu açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, İstanbul komandası futbolçuya belə bir məbləğ ödəmək niyyətində olmadığı üçün transferlə bağlı danışıqlar dayandırılıb.
Daha əvvəl mətbuatda “Beşiktaş”ın Barinov üçün 4 milyon avro və əlavə bonuslar təklif etdiyi barədə məlumatlar yayılmışdı. Eyni zamanda, “Beşiktaş”ın Türkiyə çempionatında çıxış edən daha bir futbolçunun transferi üzərində artıq işə başladığı iddia edilir.
Barinov bu mövsüm 20 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.