"Real”ın və Fransa yığmasının hücumçusu Kərim Benzema 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının favoritlərini açıqlayıb.
“Vinisius və Rodriqo ilə Braziliya böyük favoritlərdən biridir. Amma mən Argentina, İspaniya və təbii ki, Fransanı da qeyd etmək istəyirəm”, - Lent.az xarici KİV-ə istinadla bildirir ki, Benzema deyib.
Dünya çempionatının qrup mərhələsində Fransa yığması noyabrın 22-də Avstraliya, noyabrın 26-da Danimarka, 30-da isə Tunislə qarşılaşacaq.