Benites  qayıdır
04 oktyabr 2022 17:36 (UTC +04:00)

Benites qayıdır

“Nottinhem Forest”in baş məşqçi postunda dəyişiklik olacaq.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Stiv Kuperi istefaya göndərmək niyyətindədir.

Yaxın müddətdə postunu tərk edəcək 42 yaşlı mütəxəssisi əvəzləməyə əsas namizəd də bəlli olub. Klub rəhbərliyi Rafael Benitesin xidmətində maraqlıdır.

Qeyd edək ki, əvvəllər də Premyer Liqada çalışan Benites “Liverpul”, “Çelsi”, “Nyukasl” və “Everton”a rəhbərlik edib.

# 2031
avatar

Oxşar yazılar