“Bavariya”ya keçməyə  razılaşdı
14 iyul 2023 17:11 (UTC +04:00)

“Bavariya”ya keçməyə razılaşdı

"Mançester Siti"nin müdafiəçisi Kayl Uoker karyerasını Bundesliqada davam etdirə bilər.

Lent.az bildirir ki, daha əvvəl mətbuatda Münhen klubunun 33 yaşlı futbolçuya daha bir il uzadılması variantı ilə iki mövsümlük müqavilə təklif etdiyi barədə məlumatlar yayılmışdı.

“Sky Sport”un jurnalisti Florian Plettenberqin sözlərinə görə, Uoker artıq "Bavariya"ya keçməyə razılaşıb. İndi Almaniya və İngiltərə klubları müqavilənin şərtlərini razılaşdırmalıdırlar.

Kayl Münhen klubuna qırmızı" 15 milyon avro + bonuslarla keçə bilər.

Uolker ötən mövsüm 39 oyun keçirib və bir məhsuldar ötürmə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1626
avatar

Oxşar yazılar