"Bavariya"dan  ayrılmağa   qərar verdi -  SƏBƏB
20 fevral 2024 17:51 (UTC +04:00)

"Bavariya"dan ayrılmağa qərar verdi - SƏBƏB

"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix bu mövsümün sonunda klubu tərk etmək qərarına gəlib. 

Lent.az bildirir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 29 yaşlı futbolçunun komandanın bəzi üzvləri ilə münasibətləri tamamilə pisləşib. Kimmix hesab edir ki, məşqçilər korpusunun üzvləri ona hörmət etməyi dayandırıb.

Daha əvvəl məlum olub ki, “Bohum”a səfərdə məğlubiyyətdən (2:3) sonra Kimmix köməkçi məşqçi Jolt Lövlə az qala alt tribunada dava salacaqdı. Futbolçu ikinci hissədə əvəzlənməsindən narazı qalıb.

Köməkçi ilə münaqişə Kimmixin "Bavariya"nın baş məşqçisi Tomas Tuxel ilə münasibətlərini daha da korlayıb. Gələndən sonra futbolçu sələfi Yulian Naqelsmannla olan inam səviyyəsini artıq hiss etməyib. Qeyd olunur ki, eyni səbəbdən müdafiəçi Matteys de Liqt və yarımmüdafiəçi Leon Qoretska klubdan ayrılmağı düşünür.

Kimmix 2015-ci ildən "Bavariya"da çıxış edir. Münhen komandası ilə birlikdə səkkiz dəfə Bundesliqa çempionu olub, üç dəfə Almaniya kubokunu və altı dəfə Almaniya Superkubokunu, həmçinin Çempionlar Liqası və Klublararası Dünya Kubokunu qazanıb. Kimmix bu mövsüm 26 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

Kimmixin hazırkı müqaviləsi gələn mövsümün sonuna qədər qüvvədədir və hazırda futbolçu onu yeniləmək niyyətində deyil.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8560

Oxşar yazılar

PSJ Çempionlar Liqasını qazandı

PSJ Çempionlar Liqasını qazandı

1 iyun 2025 , 01:03
"Sabah" Azərbaycan Kubokunun qalibi oldu

"Sabah" Azərbaycan Kubokunun qalibi oldu

31 may 2025 , 22:08
"Çelsi" 55 milyonluq hücumçuya 100 milyon  verir

"Çelsi" 55 milyonluq hücumçuya 100 milyon verir

31 may 2025 , 16:04
Dövrün ən güclü boksçularının  adını çəkdi

Dövrün ən güclü boksçularının adını çəkdi

31 may 2025 , 11:37
Qvardiola niyə özbək oyunçunu meydana buraxmır?  - Səbəbi bu imiş...

Qvardiola niyə özbək oyunçunu meydana buraxmır? - Səbəbi bu imiş...

31 may 2025 , 09:42
"Fənərbaxça" Duşan Tadiçlə  yollarını ayırdı

"Fənərbaxça" Duşan Tadiçlə yollarını ayırdı

30 may 2025 , 21:42
“Liverpul” bu futbolçu üçün 130 milyon  verir

“Liverpul” bu futbolçu üçün 130 milyon verir

30 may 2025 , 19:52
“Barselona”nın sabiq məşqçisi bu klubdan QOVULDU

“Barselona”nın sabiq məşqçisi bu klubdan QOVULDU

30 may 2025 , 17:42