"Bavariya" rəhbərliyi "Yuventus"un hücumçusu Duşan Vlahoviçin xidmətində maraqlıdır.
Lent.az bildirir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, serbiyalı futbolçu ilə əvvəllər "Mançester Yunayted" və "Çelsi" ilə maraqlanıb.
Mənbənin məlumatına görə, Münhen komandası qol vuran hücumçu axtarışındadır. 22 yaşlı futbolçu "Bavariya"ya uyğun namizəd olsa da, Almaniya komandası oyunçunun qiymətinin bahalığına görə narahatdır.
Turin klubu bu transfer üçün təxminən 110 milyon avro almağı nəzərdə tutur.
Xatırladaq ki, Vlahoviç 2022-ci ilin yanvarında "Yuventus"a keçib. Bu mövsüm o, Massimiliano Alleqrinin komandasında 15 oyuna çıxıb, 7 qol vurub və iki məhsuldar ötürmə edib.