Baş məşqçi təyin olunandan  108 gün sonra qovuldu
07 aprel 2025 18:02 (UTC +04:00)

Baş məşqçi təyin olunandan 108 gün sonra qovuldu

İvan Yuriç "Sauthempton"un baş məşqçisi postunu tərk edib.

Xorvatiyalı mütəxəssis 2024-cü ilin dekabrında komandaya rəhbərlik edib və 108 gün klubda çalışıb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, Simon Rask mövsümün sonuna kimi baş məşqçi postunu icra edəcək.

Aprelin 6-da "Sauthempton" Premyer Liqanın 31-ci turunda "Tottenhem"ə uduzaraq (1:3) Premyer Liqadakı yerini qorumaq şanslarını itirib. Komanda 10 xalla turnir cədvəlində sonuncu, 20-ci yerdədir.

Klub tarixdə hamıdan tez - mövsümün bitməsinə 7 tur qalmış Premyer Liqadan aşağı liqaya düşərək rekorda imza atıb. 

Bundan əvvəlki rekorda çempionatın bitməsinə 6 tur qalmış Premyer Liqada qalmaq şanslarını itirən “Derbi” və “Haddersfild” komandaları olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378

Oxşar yazılar