"Barselona"nın lideri  "Qızıl top"u qazanmaq   şanslarından DANIŞDI
23 mart 2025 15:58 (UTC +04:00)

"Barselona"nın lideri "Qızıl top"u qazanmaq şanslarından DANIŞDI

"Barselona"nın cinah oyunçusu Rafinya "Qızıl top"u qazanmaq şansları barədə fikirlərini bölüşüb.

Lent.az arici mediaya istinadla bildirir ki, braziliyalının sözlərinə görə, o, belə şeylər haqqında düşünməməyə və bütün diqqətini komanda nəticələrinə həsr etməyə çalışır.

"Bu barədə düşünməməyə çalışıram. Mövsümün əvvəlində olduğu kimi etmək, nəticəni düşünmək və qarşıma müəyyən məqsəd qoymaq istəyirəm. Bu konsentrasiyanı, bu hədəfi qoruyub saxlamağa çalışıram.

Təbii ki, mənim fərdi məqsədlərim var və onlara nail olmaq istəyirəm. Düzünü desəm, bu mükafat heç vaxt məqsəd olmayıb. Məqsədim qollar, məhsuldar ötürmələr, oynadığım klub və milli komanda üçün kuboklar qazanmaqdır.

Bir klub və ya komanda üçün işlər yaxşı gedəndə, ayrı-ayrı oyunçuların fərqlənməsi başa düşüləndir. Mənim “Qızıl top”un favoritlərindən sayılmağım karyeramda keçirdiyim hər şeydən sonra artıq mənim üçün bir zəfərdir. Hətta favoritlər arasında olmaq da artıq zəfərdir.

Fikrimi buna cəmləməməyə çalışıram, futbol haqqında düşünürəm. "Oyundan oyun, məşqdən sonra məşq", - Rafinya deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1408

Oxşar yazılar

Messi 38 və yuxarı yaşda olan ən bahalı  futbolçudur

Messi 38 və yuxarı yaşda olan ən bahalı futbolçudur

25 iyun 2025 , 19:46
Əfsanəvi “Kamp Nou” qapılarını yenidən “Barselona” azarkeşlərinin üzünə açır

Əfsanəvi “Kamp Nou” qapılarını yenidən “Barselona” azarkeşlərinin üzünə açır

25 iyun 2025 , 15:14
Neymar “Santos”da qalır

Neymar “Santos”da qalır

25 iyun 2025 , 13:29
Modriç  bu klubda oynayacaq

Modriç bu klubda oynayacaq

25 iyun 2025 , 09:39
Emrelinin yeni komandası müəyyənləşdi - RƏSMİ

Emrelinin yeni komandası müəyyənləşdi - RƏSMİ

24 iyun 2025 , 22:22
10 ən bahalı  transferlər - SİYAHI

10 ən bahalı transferlər - SİYAHI

24 iyun 2025 , 19:59
Messinin ad günüdür:  38 yaşı tamam olur

Messinin ad günüdür: 38 yaşı tamam olur

24 iyun 2025 , 16:55
Timsah məşq edən futbolçunu yedi

Timsah məşq edən futbolçunu yedi

24 iyun 2025 , 11:30