"Barselona"nın futbolçuları Levandovskidən nə şikayət ediblər?  - üzə çıxdı
14 avqust 2024 18:15 (UTC +04:00)

"Barselona"nın futbolçuları Levandovskidən nə şikayət ediblər? - üzə çıxdı

"Barselona" futbolçularının ötən mövsüm hücumçu Robert Levandovski barəsində keçmiş baş məşqçi Xaviyə etdikləri şikayətin detalları üzə çıxıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, oyunçular Levandovskinin hücumda oynamasından narazı olublar.

Belə ki, 2023/2024 mövsümündə Kataloniya klubunun bəzi oyunçuları keçmiş mavi qranat məşqçisi Xavi ilə şəxsi söhbətlərində Robert Levandovski ilə hücumun önündə komandanın təzyiq edə bilməyəcəyinə diqqət çəkiblər. Futbolçular qeyd ediblər ki, 35 yaşlı polşalıda rəqiblərinə təzyiq göstərmək üçün lazım olan keyfiyyətlər yoxdur.

Levandovskinin "Barselona" ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Ötən mövsüm hücumçu "Barselona"nın heyətində bütün turnirlərdə 49 matçda iştirak edib, 26 qol vurub və 9 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar