“Barselona”dan növbəti qələbə
03 may 2026 02:52 (UTC +04:00)

“Barselona”dan növbəti qələbə

0

“Barselona” İspaniya La Liqasının XXXIV turunda səfərdə “Osasuna”nın qonağı olub.

Lent.az xəbər verir ki, görüş Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda bütün qollar 2-ci hissədə vurulub. Qonaqların heyətində Robert Levandovski və Ferran Torres, meydan sahiblərindən isə Raul Qarsiya fərqlənib.

La Liqada ardıcıl 10-cu qələbəsini qazanan “Barselona” hazırda 88 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. 74 xalla 2-ci sırada yer alan “Real Madrid” bu gün “Espanyol” səfərində xal itirsə, kataloniyalılar sona 4 tur qalmış çempionluğu təmin edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 666

Oxşar yazılar