“Barselona” Kral Kubokunda 1500 qol vuran ilk İspaniya klubu olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yanvarın 26-na keçən gecə “Barselona” öz meydanında “Real Sosyedad”la turnirin püşkatma mərasiminin 1/4 finalında qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Usman Dembelenin 52-ci dəqiqədə vurduğu qələbə qolu yubiley qoluna çevrilib.
Əlavə edək ki, kataloniyalılar oyunun böyük hissəsini çoxluqda keçiriblər: 40-cı dəqiqədə yarımmüdafiəçi Brais Mendez meydandan qovulub.
"Barselona"dan başqa, “Osasuna” "Sevilya"nı məğlub edərək (2:1) Kral Kubokunun yarımfinalına yüksəlib.