“Barselona”nın müdafiəçisi Jordi Alba hazırda PSJ-nin futbolçusu olan argentinalı hücumçu Lionel Messi ilə birlikdə oynadığı vaxtları xatırlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müdafiəçi Messini oyunların bütün aspektlərində ən yaxşı hesab edib:
“Bir-birimizi çox yaxşı başa düşürdük. Bütün rəqiblər artıq bizi tanıyırdı. Messi ikinci cərgədən gəlirdi və bəzən başqa komanda yoldaşlarına əziyyət vermədən irəli atılırdı. Onunla hər şey asan idi... Demək olar ki, bütün asistlərim ona idi. Oyunun bütün aspektlərində Messi ən yaxşısıdır”.
Xatırladaq ki, Messi 2021-ci ilin yay transfer pəncərəsində “Barselona”dan PSJ-yə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır. Bu mövsüm hücumçu Fransa çempionatının 18 oyununda on qol vurub və on məhsuldar ötürmə edib.