"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen Kataloniya klubunun heyətində Çempionlar Liqasında 90-cı qolunu buraxıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu, "Napoli" ilə Çempionlar Liqasının 1/8 finalın ilk oyununda baş verib. Bu göstəriciyə görə almaniyalı lider Viktor Valdesə çatıb. Eyni zamanda, Ter Ştegen turnirdə ispaniyalıdan 29 az oyun keçirib - 81-lə 110-a qarşı.
Çempionlar Liqasında buraxılan qolların sayına görə “Barselona”nın qapıçıları arasında ikinci yeri Rud Hesp (25 oyunda 38 qol), üçüncü yerdə isə Andoni Subisarreta (27 oyunda 24 qol) tutur.