Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) "Barselona"nı yarım milyon avro cərimələyib.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə qurumun saytında məlumat verilib.
Klubların Maliyyə Nəzarəti Orqanları (CFCB) klubu 2022-ci il hesabları barədə yanlış məlumat verdiyinə görə cəzalandırıb. İş, qaydalara uyğun gəlir olmayan qeyri-maddi aktivlərin (köçürmələrdən başqa) satışından əldə edilən mənfəəti əhatə edir. “Mançester Yunayted” də səhvlərə görə 300 min avro cərimələnib.
2023-cü ilin martında “Barselona”ya qarşı korrupsiya işi üzrə proses başlayıb. Bildirilib ki, 2001-2018-ci illər arasında klub rəhbərliyi İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya yeddi milyon avrodan çox pul köçürüb. Funksionerin özü iddia edib ki, o, komandaya hakimlərin qərarları ilə bağlı yalnız məsləhət verib, çünki kataloniyalılar hakimlərin onlara qarşı qərəzli olmamasından əmin olmaq istəyirlər.
2022/2023 mövsümündə "Barselona" İspaniya çempionu olub və növbəti mövsüm Çempionlar Liqasında iştirak etmək üçün lisenziya alıb. Komanda tarixində 27-ci dəfə La Liqanın qalibi olub.