"Barselona" şantaj   olundu
17 fevral 2023 18:15 (UTC +04:00)

"Barselona" şantaj olundu

İspaniya hakimlər komitəsinin vitse-prezidenti Xose Mariya Enrikes Neqreyra “Barselona”nı qalmaqalla hədələyib və klubun bütün pozuntularını açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, “El Mundo” funksionerin 2019-cu ildə katalonlara göndərdiyi faksı dərc edib. Bu məktub klub Neqreyraya ödəniş etməni dayandırdıqdan sonra “Barselona” rəhbərlərinə göndərilib.

“Mən məhkəməyə şikayət vermək niyyətindəyəm və bu, şübhəsiz ki, klub üçün mənfi nəticələrə səbəb olacaq. Ciddi nəticələrin qarşısını almaq üçün bu işlərə başlamasam da, mesajımı düzgün başa düşəcəklərinə ümid edirəm. Yeni qalmaqalın kluba xeyir verəcəyini düşünmürəm. Razılaşmasaq, o zaman klubun bütün pozuntuları ortaya çıxacaq”, - məktubda deyilir.

Xatırladaq ki, bundan əvvəl “Barselona”nın hakimlər komitəsinin vitse-prezidenti Xose Neqreyraya xeyli məbləğdə pul köçürdüyü məlum olmuşdu. Klub funksionerə 2016-2018-ci illərdə 1,4 milyon avro ödəyib. Mavi qranatlar bu ödənişləri rəsminin onlar üçün gənc oyunçular və hakimlik haqqında hesabat tərtib etməsi ilə izah edib.

Neqreyra özü qeyd edib ki, “Barca”ya konsaltinq xidmətləri göstərib. Eyni zamanda, ictimaiyyət “Barselona”nı hakimlərə rüşvət verməkdə şübhəli bilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1521
avatar

Oxşar yazılar