Lionel Messi, "Barselona" klubunun hücumçusu
17 fevral 2021 19:17 (UTC +04:00)

Lionel Messi, "Barselona" klubunun hücumçusu

“Barselona” rüsvay oldu, Messi yeni uğur qazandı

Çempionlar liqasının 1/8 final mərhələsində “Barselona”nın PSJ-yə qarşı oyunu birincilər üçün əsl faciə ilə nəticələnib. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Kataloniya klubu 4:1 hesabı ilə məğlub olub. 

Buna baxmayaraq, “Barselona” nın lideri Lionel Messi daha bir statistik nailiyyəti əldə edə bilib. Bu nailiyyət hətta bir də deyil. 

Messi oyunda onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə hesabı açıb. Argentinalı Çempionlar liqasının oyunlarında 7 il dalbadal qol vurub. O, qol hesabını 2005-ci ildə “Panatinaikos”a qarşı oyunda açıb. Çempionlar liqasının tarixində bu yalnız 1995-ci il 2011-ci illərdə qol vuran “Real” və “Şalke”nin keçmiş hücumçusu Raula qismət olub. 

Bundan əlavə, Messi ardıcıl 13-cü dəfə ən azı mövsümdə 20 qol vurub. 
 

# 1392
avatar

Oxşar yazılar