"Barselona"nın rəhbərliyi yarımmüdafiəçi Qavini əsas heyət oyunçusu elan edə bilmir.
Lent.az bildirir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, Mefis Depay satıldıqdan və Jerar Pike getdikdən sonra da Kataloniya klubu İspaniya çempionatının qaydalarına əməl etmir.
Bildirilir ki, oyunçuların qeydiyyatı zamanı mavi “Barselona” gələn il üçün heyət limitinə uyğun gəlməyə bilər və iqtisadi rıçaqların işə salınması səbəbindən klubda maliyyə planlaşdırmasında da problem yaranır.
Əlavə edək ki, La Liqa qaydalarına görə, “Barselona” Qavidən başqa, Ronald Arauxo, İnyaki Penya və Alexandro Baldeni də qeydiyyatdan keçirməyə bilər.