"Barselona" onun transferini açıqladı - 500 milyon avro
09 avqust 2024 19:59 (UTC +04:00)

"Barselona" onun transferini açıqladı - 500 milyon avro

Kataloniyanın "Barselona" klubu yarımmüdafiəçi Dani Olmonun transferini rəsmi saytı vasitəsilə açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu "mavi qranatlar"la 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. Olmonun “Barselona” ilə müqaviləsindəki satın alma məbləği 500 milyon avrodur.

Əvvəllər media, transferin “mavi qranatlara” 55 milyon avroya zəmanətli ödənişlərə və daha 7 milyon avroya bonuslara başa gələcəyini bildirib.

Keçən mövsüm Daniel Olmo “RB Leypsiq” klubu və milli komandanın heyətində bütün yarışlarda 32 matçda iştirak edib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun “RB Leypsiq”lə hazırki əmək müqaviləsi 2027-ci ilin yayına qədərdir. Nüfuzlu “Transfermarkt” internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140
avatar

Oxşar yazılar