“Barselona” La Liqaya qarşı Kataloniya paytaxtının ticarət məhkəməsində iddia qaldırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, komanda 2021-ci ilin avqustunda CVC ilə müqavilə imzalayan digər 38 PFL klubu ilə bərabər səviyyədə rəqabət apara bilməməsindən narazıdır.
Bu müqaviləyə əsasən, La Liqa öz biznesinin 10,95 faizini 1,9 milyon avro müqabilində CVC-yə ayırıb və bu, hər mövsüm klubların aldığı vəsaitin 70 faizinin infrastruktura yatırılmalı olduğunu nəzərdə tutan La Liqa İmpulsonun yaradılmasına imkan verib.
Digər 15 faiz maliyyə borcunu ödəmək üçün ayrılmalıdır, qalan 15 faiz isə klublar tərəfindən öz idman komandalarının maaş həddini artırmaq üçün istifadə edilə bilər.
“Barselona”, “Real Madrid”, “Atletik” və “İbiza” müqavilədə iştirakdan imtina edib.