"Barselona" Klublararası  dünya çempionatında   oynamayacaq - SƏBƏB
17 aprel 2024 16:33 (UTC +04:00)

"Barselona" Klublararası dünya çempionatında oynamayacaq - SƏBƏB

"Atletiko" 2025-ci ilin yayında ABŞ-da keçiriləcək yenilənmiş Klublararası Dünya Çempionatına vəsiqə qazanıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, turnirdə 32 klub iştirak edəcək, onlardan 12-si Avropanı təmsil edəcək. Avropa klublarının iştirakını UEFA-nın son dörd ildəki reytinqləri ilə müəyyənləşdirilir.

“Barselona” və “Atletiko” Avropa klubları üçün qalan iki yerdən biri uğrunda qiyabi mübarizə aparırdılar. Madrid komandası sıralama xallarına görə kataloniyalıları qabaqlayıb.

Turnirə vəsiqə qazanmaq üçün “Barselona” Çempionlar Liqasının pley-off mərhələsində “Atletiko”dan daha irəli getməli idi. Hər iki komanda 1/4 final mərhələsini keçə bilmədiyi üçün Madrid təmsilçisi Klublararası Dünya Çempionatına vəsiqə qazanıb.

Bundan əvvəl UEFA-dan Klublararası Dünya Çempionatında iştirak etmək hüququ “Çelsi”, “Real”, “Mançester Siti”, həmçinin “Bavariya”, PSJ, “Inter”, “Porto”, "Benfika", "Borussiya" və "Yuventus" klublarına verilib.

Sonuncu yer isə bu Çempionlar Liqasının qalibi üçün nəzərdə tutulub. Qalan pley-off iştirakçılarından yalnız "Arsenal" Klublararası Dünya Çempionatında yarışmağı təmin etməyib - "topçular" Çempionlar Liqasını qazana bilsələr, Klublararası Dünya Çempionatına gedəcəklər. Əks halda, reqlamentə əsasən, boş yer Avstriyanın “Zalsburq”una veriləcək.

Turnirə vəsiqə qazanan digər konfederasiyalardan “Palmeyras”, “Fluminense”, “Flamenqo” (hamısı Braziliya), “Leon”, “Monterey” (hər ikisi Meksika), “Sietl Saunders” (ABŞ), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Urava Red Daymonds” (Yaponiya), “Əl-Əhli” (Misir), “Vidad Kasablanka” (Mərakeş) və “Oklend Siti” (Yeni Zelandiya) komandalarıdır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3168
avatar

Oxşar yazılar