“Tottenhem” “Barselona”nın hücumçusu Ansu Fati ilə bağlı danışıqlar aparır.
Lent.az xarici mediaya istinadla bildirir ki, ingilis klubu ispaniyalı futbolçunu 2024-cü ilin iyununa qədər icarəyə götürmək niyyətindədir. Klublar müqaviləni müzakirə etməyə davam edir. “Barselona” İngiltərə komandasının Fatinin bütün maaşını öz üzərinə götürməsini istəyir.
Xatırladaq ki, ötən mövsüm 20 yaşlı futbolçu “Barselona”nın heyətində bütün yarışlarda 51 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt oyunçunun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.