"Arsenal"ın yarımmüdafiəçisi Kamran Əliyevin Tula komandasında çıxışını dayandırdığını bildirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam veriblər.
Yeri gəlmişkən, 24 yaşlı futbolçu 2022-ci ilin yayında OİK-Xabarovskdan “Arsenal”a keçib.
Bu komandanın heyətində Əliyev 14 oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə verib.