Azərbaycanla oyun “Qalatasaray”a yolunu açdı
28 sentyabr 2022 14:18 (UTC +04:00)

Azərbaycanla oyun “Qalatasaray”a yolunu açdı

19 yaşadək futbolçulardan ibarət Türkiyə yığmasının yarımmüdafiəçisi Hamza Akman “Qalatasaray”ın əsas komandasına cəlb olunub.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 18 yaşlı orta sahə oyunçusunun bu yüksəlişində Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın U-19 komandası ilə keçirilən oyundakı vurduğu qollar həlledici olub.

“Qalatasaray”ın əfsanəvi futbolçusu Ayhan Akmanın oğlu olan Hamza sentyabrın 24-də yığmamıza 5:1 hesabı ilə qalib gəldikləri görüşdə dubla imza atıb. Onun məhz həmin oyundakı performansı “cim-bom”un baş məşqçisi Okan Burukun diqqətini çəkib. Çalışdırıcı gənc yarımmüdafiəçinin əsas komandaya qoşulmasına və Super Liqanın qarşıdakı turlarında iştirak ərizəsinə salınmasına qərar verib.

Qeyd edək ki, “Qalatasaray” VIII tur çərçivəsində oktyabrın 1-də Super Liqada liderliyi bölüşdüyü “Adana Demirspor”la səfərdə üz-üzə gələcək.

# 1662
avatar

Oxşar yazılar

Jurnalist dünya çempionatını şərh edərkən öldü

Jurnalist dünya çempionatını şərh edərkən öldü

10 dekabr 2022 , 07:42
Mundialda rekord: xəbərdarlıqların sayı

Mundialda rekord: xəbərdarlıqların sayı

10 dekabr 2022 , 07:16
Argentina yarımfinalda

Argentina yarımfinalda

10 dekabr 2022 , 02:02
Braziliya millisinin baş məşqçisi istefa verdi

Braziliya millisinin baş məşqçisi istefa verdi

10 dekabr 2022 , 00:50
Xorvatiya Braziliyanı mundialdan kənarlaşdırdı

Xorvatiya Braziliyanı mundialdan kənarlaşdırdı

9 dekabr 2022 , 21:52
“Neftçi”  79 000 avro aldı

“Neftçi” 79 000 avro aldı

9 dekabr 2022 , 20:45
 "Zövq alın..."   – Döyüşçü qızdan pərəstişkarları üçün YENİ FOTOLAR

"Zövq alın..." – Döyüşçü qızdan pərəstişkarları üçün YENİ FOTOLAR

9 dekabr 2022 , 19:59
Pol Poqbanın şamanı  Mbappeni lənətləyib?   - İDDİA

Pol Poqbanın şamanı Mbappeni lənətləyib? - İDDİA

9 dekabr 2022 , 19:05