Azərbaycanda “Rəvan” klubunun formasını geyinmiş ukraynalı futbolçu Artyom Buteninin tam başqa sahədə çalışması ölkəsində maraqla qarşılanıb.
Apasport.az saytının məlumatına görə, Kiyev “Dinamo”sunun yetirməsi pizza şirkətində işə başlayıb.
32 yaşlı keçmiş müdafiəçinin işi şirkətdən pizzaları sifariş edilən ərazilərə çatdırmaq, bir sözlə, kuryerlik etməkdir. Buna görə onun aylıq məvacibi 30 min qrivnadır (təxminən 1800 manat).
Qeyd edək ki, Artyom Buteninin son klubu “Rəvan” olub. O, 2015-ci ildə paytaxt klubunu tərk etdikdən sonra ölkəsində bir illik diskvalifikasiyaya məruz qalıb və ondan sonra özünə yeni komanda tapa bilməyib.