Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib
04 yanvar 2024 02:22 (UTC +04:00)

Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyənin 1-ci Liqada mübarizə aparan “Boluspor” klubuna keçib.

APA  klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Türkiyə təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb.

Təcrübəli oyunçu Azərbaycanda "Simurq" (indiki "Zaqatala"), "Zirə", "Keşlə" (indiki "Şamaxı") və "Sumqayıt" kimi komandaların formasını geyinib.

Qeyd edək ki, Vüsal İsgəndərlinin son klubu cari mövsümün əvvəlindən çıxış etdiyi Albaniyanın “Eqnatiya” komandası olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6159
avatar

Oxşar yazılar