Azərbaycan millisinin  baş məşqçisi   ola bilər
27 mart 2024 12:31 (UTC +04:00)

Azərbaycan millisinin baş məşqçisi ola bilər


Futbol üzrə Rusiya yığmasının keçmiş baş məşqçisi Stanislav Çerçesov Azərbaycan millisinə rəhbərlik edə bilər. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mənbənin sözlərinə görə, 60 yaşlı mütəxəssis Azərbaycan Futbol Federasiyasının qısa siyahısında yer alıb. 

Buraya Çerçesovdan başqa daha iki nəfər daxildir. Qeyd olunur ki, Azərbaycan tərəfi hələlik rəsmi təkliflə çıxış etməyib.

Bundan əvvəl Azərbaycan millisinə Qurban Berdiyevin başçılıq edə biləcəyi bildirilirdi.

Çerçesovun son iş yeri ötən ilin iyuluna qədər Macarıstanın “Ferentsvaroş” klubu olub. 2016-2021-ci illərdə Rusiya millisinə rəhbərlik edib və onu bu ölkədə keçirilən dünya çempionatının 1/4 finalına çıxara bilib.

Azərbaycan millisinin son baş məşqçisi 2020-ci ilin avqustundan 2023-cü ilin noyabrınadək komandaya rəhbərlik edən italiyalı Canni De Byazi olub. Onun rəhbərliyi altında komanda 2022-ci il dünya çempionatı və Avro-2024-ə vəsiqə qazana bilməyib, 16 seçmə oyundan 12-də məğlub olub.
 

# 2283
avatar

Oxşar yazılar