Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Canni de Byazinin yetirmələri Moldova ilə yoldaşlıq görüşünə çıxacaq.
Son üç matçında qələbələri sıralayan yığmamız uğurlu seriyanı davam etdirmək üçün səfərə yollanıb. Kişinyovdakı qarşılaşmada rəqib də bunun üçün münasib komanda sayılır. Oyun “Zimbru” stadionunda təşkil olunacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da veriləcək.
Qeyd edək ki, millimiz noyabrın 20-də Şimali Makedoniya ilə görüşəcək.
Yoldaşlıq oyunu
16 noyabr
21:00. Moldova – Azərbaycan
Baş hakim: Denis Şurman (Ukrayna)
Kişinyov. “Zimbru” stadionu