"Qəbələ" futbol akademiyasında qapıçı məşqçisi çalışmış Uğur Kurt Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı dağıntılar altında qalaraq həlak olub.
Apasport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis təbii fəlakət vaxtı İskəndərun şəhərində olub.
Qeyd edək ki, Uğur Kurt 2009-2015-ci illərdə Azərbaycanda işləyib. O daha əvvəl "Qalatasaray" və "Başakşəhər"də eyni vəzifədə çalışıb.