Azərbaycan boksçusundan növbəti uğur
20 noyabr 2022 11:13 (UTC +04:00)

Azərbaycan boksçusundan növbəti uğur

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, mundialın 5-ci günündə Azərbaycan millisinin üzvü Mehparə Məmmədova (48 kq) ikinci döyüşünə çıxıb.

1/16 final mərhələsində Lyuba Atanasovanı (Bolqarıstan) mübarizədən kənarlaşdıran təmsilçimiz bu dəfə monqolustanlı Saruul Batsayxanla qüvvəsini sınayıb. Döyüş Məmmədovanın 5:0 (29:27, 29:27, 29:27, 30:26, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.

Boksçumuz 1/4 finalda qazaxıstanlı Gülnaz Buribayeva ilə üz-üzə gələcək.

Ondan fərqli, Sənan Hətəmov dünya çempionatı ilə vidalaşıb. 67 kq çəkidə mübarizə aparan təmsilçimiz 1/8 finalda Nurbek Mursalla (Qazaxıstan) qarşılaşıb və rəqib mərhələ adlayıb.

Qeyd edək ki, 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2988

Oxşar yazılar

Xabi Alonso

"Real"ın yeni baş məşqçisi təyin olundu

25 may 2025 , 15:04
Zaniolo  üçün qərar verildi: "Qalatasaray"lı  futbolçu İtaliyadan əliboş qayıdır

Zaniolo üçün qərar verildi: "Qalatasaray"lı futbolçu İtaliyadan əliboş qayıdır

24 may 2025 , 19:07
O da Ançelotti ilə vidalaşdı

O da Ançelotti ilə vidalaşdı

24 may 2025 , 14:49
"Barselona" onu satır

"Barselona" onu satır

24 may 2025 , 13:14
Modriçin hansı kluba keçməyə hazırlaşdığı  məlum oldu

Modriçin hansı kluba keçməyə hazırlaşdığı məlum oldu

24 may 2025 , 11:15
İtaliya A Seriyasının ən yaxşı futbolçusu  seçildi

İtaliya A Seriyasının ən yaxşı futbolçusu seçildi

24 may 2025 , 08:42
Almaniya millisinin üzvü “Bavariya”da

Almaniya millisinin üzvü “Bavariya”da

24 may 2025 , 03:37
“Napoli” İtaliya çempionu  oldu

“Napoli” İtaliya çempionu oldu

24 may 2025 , 01:03