Azərbaycan boksçuları 7 medal qazandı
09 iyul 2023 19:07 (UTC +04:00)

Azərbaycan boksçuları 7 medal qazandı

Gürcüstanın Qori şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.

Federasiyadan Lent.az-a verilən məlumata görə, Azərbaycan millisinin 8 idmançısından 7-si yarışı medalla başa vurub.

Komandamızın heyətində Ramal Yolçuyev (48 kq) və Nadir Məlikov (60 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sabir Dadaşov (51 kq), Ənəs Ağayev (54 kq), Əli Alıyev (57 kq), Ayxan Əliyev (67 kq) və İlfan Xəlilli (80 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, yığma iyulun 10-da Bakıya qayıdacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1902
avatar

Oxşar yazılar