Azərbaycan ağırlıqqaldıranı Avropa üçüncüsü oldu
05 iyul 2023 23:38 (UTC +04:00)

Azərbaycan ağırlıqqaldıranı Avropa üçüncüsü oldu

Azərbaycan ağırlıqqaldıranı Yunis Bayramov Moldovanın paytaxtı Kişineuda keçirilən yeniyetmələr arasında Avropa çempionatında gümüş medal qazanıb.

Ağır Atletika Federasiyasından Lent.az-a bildirilib ki, yaşı 15-ə qədər olan oğlanlar arasında 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 99 kiloqramı ram edib və bu hərəkətdə yarışın bürünc mükafatçısı olub.

Təkanla qaldırmada 112 kiloqramın öhdəsindən gələn atlet həm bu hərəkətdə, həm də yekun sıralamada 211 kiloqram (99+112) nəticə ilə 4-cü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Turan Əliyev (67 kq) yaşı 17-yə qədər olan oğlanlar arasında Avropa üçüncüsü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1845
avatar

Oxşar yazılar