Bolqarıstanın “Levski” klubunun azarkeşləri komandanın Dubayda təlim-məşq toplanışı zamanı Rusiya yığmaları ilə yoldaşlıq görüşlərinə qarşı çıxıblar.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Levski” Rusiya klubları “Krasnodar”la yanvarın 17-i, “Spartak”la yanvarın 22-i, və “Ural”la yanvarın 31-də oynayacaqdı.
Azarkeşlərin narazılığından sonra “Levski” futbolçuları bu oyunlara sarı və mavi Ukrayna bayrağının rənglərində çıxmağı düşünürlər.