Avropa Liqası tarixinin  bombardiri   oldu
23 fevral 2024 14:17 (UTC +04:00)

Avropa Liqası tarixinin bombardiri oldu

Fransanın “Marsel” klubunun hücumçusu Pyer-Emerik Obameyanq Avropa Liqasında Ukrayna “Şaxtyor”u ilə oyunda turnir tarixinin ən məhsuldar hücumçusu olub. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qabonlu bu göstəricidə Radamel Falkaonu ötüb.

Əlavə edək ki, Obameyanqın qolu komandasına Avropa Liqasının 1/8 final mərhələsinin Marseldə (Fransa) keçirilən oyununda hesabı bərabərləşdirməyə kömək edib. İndi hücumçunun 31, Falkaonun isə 30 qolu var.

Qeyd edək ki, kolumbiyalı 2009/2010 mövsümündə 30 qol həddinə çatıb.

Bundan əlavə, Obameyanq ardıcıl ikinci görüşdə "Şaxtyor"a qol vurub. Bu komandalar arasında ilk oyun Hamburqda (Almaniya) neytral meydanda keçirilib və 2:2 hesabı ilə heç-heçə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4032
avatar

Oxşar yazılar