“Avro-2024”: İngiltərə, Portuqaliya və Danimarka seçmə mərhələyə qələbə ilə başlayıb
24 mart 2023 02:43 (UTC +04:00)

“Avro-2024”: İngiltərə, Portuqaliya və Danimarka seçmə mərhələyə qələbə ilə başlayıb

Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsinə start verilib.

Lent.az xəbər verir ki, ilk olaraq C, H və J qruplarında səkkiz oyun keçirilib.

Günün oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

C qrupu

İtaliya - İngiltərə - 1:2

Şimali Makedoniya – Malta – 2:1

H qrupu

Qazaxıstan – Sloveniya – 1:2

Danimarka – Finlandiya – 3:1

San Marino - Şimali İrlandiya – 0:2

J qrupu

Portuqaliya – Lixtenşteyn – 4:0

Slovakiya – Lüksemburq – 0:0

Bosniya və Herseqovina – İslandiya – 3:0.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə ilk oyununu bu gün keçirəcək. Linz şəhərindəki “Raiffeisen Arena”da Avstriya seçməsi ilə qarşılaşacaq millimizin oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

# 1773
avatar

Oxşar yazılar