Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvares gələn yay klubdan ayrılmaq niyyətindədir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, məlumata görə, argentinalı oyunçu yalnız "Atletiko" mövsümü La Liqa turnir cədvəlində birinci yerdə başa vurduqda və ya Çempionlar Liqası kubokunu qazandıqda komandada qala bilər.
Agenti onun "Barselona" və ya "Mançester Yunayted" kimi top klublarda oynaya biləcək yüksək səviyyəli oyunçu olduğuna inanır.
Bu mövsüm Xulian Alvares bütün yarışlarda 18 oyunda meydana çıxıb, doqquz qol vurub və beş məhsuldar ötürmə edib.