“Atletiko Madrid”in yarımmüdafiəçisi Yannik Karraskonun agenti yarımmüdafiəçinin “Barselona”ya transferindən söz açıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, agentin sözlərinə görə, Karrasko “Barselona”nın hücumçusu Memfis Depayla dəyişilə bilər.
İspaniya çempionatının bu mövsümündə Karrasko 15 matçda iştirak edib və bir qol vurmağı bacarıb. Onun “Atletiko” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Transfermarkt-ın məlumatına görə, Karraskonun bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.
Həmçinin “Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets “Əl-Nəsr”in 20 milyon dollarlıq təklifini rədd edib.