"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Avropa futboluna qayıtmaq fikrində olmadığını bildirib.
“Avropa futboluna qayıtmayacağam, qapı sona qədər bağlıdır. 38 yaşım var və bundan başqa, Avropa futbolunun səviyyəsi nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Yeganə layiqli liqa Premyer Liqadır, o, bütün digərlərindən xeyli irəlidədir", - Lent.az xarici mediaya istinadən bildirir ki, Ronaldo deyib.
Xatırladaq ki, portuqaliyalı daha əvvəl "Sportinq", "Mançester Yunayted", "Real" və "Yuventus"da çıxış edib.
Kriştiano ötən mövsüm bütün turnirlərdə 19 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə edib.