"Arsenal"ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın bu mövsümündə "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola ilə rəqabət haqqında fikirlərini bölüşüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qeyd olunur ki, əvvəllər “topçular”ın hazırkı çalışdırıcısı “şəhərlilərin”ın məşqçilər korpusunda yer alıb.
“Xəyal edirdim ki, bir-birimizlə kuboklar uğrunda mübarizə aparacağımız vaxt gələcək. Bu mövsüm baş verdi. Təbii ki, müxtəlif komandalarda işləmək heç bir şəkildə bizim dostluğumuza təsir etməyəcək. Onun sayəsində mən bir mütəxəssis kimi açıldım”- , Amerika mətbuatı Artetadan sitat gətirib.
Əlavə edək ki, hazırda “Arsenal” Premyer Liqada 19 oyundan sonra 50 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” London komandasından 5 xal geri qalaraq ikinci yerdədir.