"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Barselona"ya rəhbərlik edə bilər.
Lent.az bildirir ki, bu barədə “The Sun” ispaniyalı jurnalist Jerar Romenoya istinadən xəbər verir.
Mənbəyə görə, “Barselona”nın idman direktoru Deko son bir neçə həftə ərzində potensial namizədlərin agentləri ilə əlaqə saxlamağa başlayıb. Xavidən başqa, “Barselona”nın baş məşqçisi postuna potensial namizədlər siyahısında yayda “Liverpul”u tərk edəcək Yurgen Klopp, Almaniya yığmasının baş məşqçisi Julian Naqelsmann da var.
Bundan əvvəl Artetanın mövsümün sonunda "Arsenal"ı tərk edə biləcəyi bildirilirdi.
Xatırladaq ki, Xavi "Barselona"dan mövsümün sonunda ayrılacağını açıqlayıb. O, 2021-ci il noyabrın 6-dan "Barselona"ya rəhbərlik edib və bu müddət ərzində kataloniyalılarla iki kubok - İspaniya çempionatı və İspaniya Superkubokunu (hər ikisi 2022/2023 mövsümündə) qazanıb.