"Arsenal" və yarımmüdafiəçi Mohamed Elneni müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.
“2016-cı ildən bu gözəl klubu təmsil etməkdən qürur duyuram. Komanda indi müsbət və real birliklə doludur, ona görə də müqaviləni yeni müddətə uzatmaqdan xoşbəxtəm”, - Lent.az xarici mediaya istinadla bildirir ki, klubun mətbuat xidməti futbolçunun sözlərindən sitat gətirib.
Yeni müqavilə tənzimləyici orqanlardan razılıq alacağı təqdirdə 2024-cü ilin iyun ayına qədər bağlanacaq.
Qeyd edək ki, bu mövsümdə 30 yaşlı misirli Premyer Liqada 5 oyun keçirib və məhsuldar hərəkətləri ilə seçilməyib.