“Arsenal” yarımmüdafiə xəttini gücləndirmək üçün diqqəti “Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqaya yönəldib.
Lent.az xarici mediaya istinadən bildirir ki, “Topçular” futbolçunu transfer etmək niyyətində deyil və əvəzində onu icarəyə götürmək istəyir. “Real”ın reaksiyası hələ ki, gəlməyib.
Fransız yarımmüdafiəçi bu mövsüm “Real Madrid”də 27 oyun keçirib və 50 milyon avro dəyərində qiymətləndirilir.