“Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays 122 milyon avroya Londonun “Arsenal” klubuna keçib.
Lent.az xarici mediaya istinadla bildirir ki,ingilis futbolçu artıq “çəkiclər”lə vidalaşıb.
“İnanılmaz bir 10 ilin sona çatdığına inanmıram. “Vest Hem” həm meydanda, həm də meydandan kənar həyatımın böyük bir hissəsi olub. Vidalaşmaq heç vaxt asan deyil. Bu komandada, o cümlədən Praqadakı gecədə inanılmaz emosiyalar yaşadım. Həm də “Vest Hem”də mən bir insan, oyunçu və kapitan kimi böyüdüm. Komanda kapitanı olduğum ilk andan qürurdan başqa heç nə hiss etmədim. Kapitan kimi mənim üçün əsas Konfrans Liqasını qazanmaq idi.
Azarkeşlərlə əlaqəm mənim və ailəm üçün çox şey deməkdir. Mən gəldiyim gündən bizə öz doğmalarınız kimi yanaşdınız. Çox sağ olun. “Vest Hem”in nə qədər xüsusi olduğunu hamı bilir. Gözəl xatirələr və həyatımın ən gözəl günləri üçün təşəkkür edirəm. Hamınızı sevirəm”, - deyə Rays sosial şəbəkədə yazıb.